Kazuo İşiquro “O günlərdən qalanlar”

ARNK yanında Tərcümə Mərkəzi yapon əsilli Britaniya yazıçısı, 2017-ci il Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Kazuo İşiquronun “O günlərdən qalanlar” kitabını nəşr edib. 

“Təpələrin solğun mənzərəsi”, “Biz yetim olanda”, “Məni heç vaxt buraxma” kimi romanları ilə şöhrət qazanmış yazıçının bu əsəri 1989-cu ildə Londonda işıq üzü görüb və elə həmin il Buker mükafatına layiq görülüb. Romanda, hadisələr yazıçının digər əsərlərində olduğu kimi, birinci şəxsin dilindən nəql edilir.

Əsərin tərcüməçisi Saday Budaqlı, redaktoru Mahir N.Qarayevdir.