Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rüblük mətbu orqanı olan "Xəzər" dünya ədəbiyyatı jurnalının sonuncu (1/2017) sayının elektron versiyası virtual kitabxanamızda yerləşdirilib
03 Aprel 2017


Mütaliəçilər www.achiqkitab.az saytının "Xəzər" dünya ədəbiyyatı dərgisi bölməsinə daxil olmaqla jurnalımızla tanış ola bilərlər.

Jurnalın bu sayında:

“Çağdaş Norveç ədəbiyyatı” rubrikasında – Yusteyn Qorderin “Portağal Qız” romanı;

“Azərbaycan ədəbiyyatı” rubrikasında – Elçinin “Baş” romanının sonu;

“Poeziya” rubrikasında – Cansuq Çarkvianinin şeirləri;

“Macar ədəbiyyatı” rubrikasında – Peter Nadaşın “Mənim ölümüm” hekayəsi;

“Türk dünyası” rubrikasında – Əli Ağbaşın şeirləri;

“Roman” rubrikasında – Fransua Moriakın “Sevgi səhrası” romanı;

“Debüt” rubrikasında – Şəbnəm Əsədovanın tərcüməsində İvan Klimanın “Miriyam” hekayəsi;

“İntibah” rubrikasında – Rotterdamlı Erazmusun “Axmaqlığın tərifi” əsəri;

“Səhnə” rubrikasında – Yuri Polyakovun “Sinif yoldaşları” pyesi;

* “Tərcümə mətbəxi” rubrikasında – Vilayət Hacıyevlə müsahibə və onun tərcüməsində Haynrix Böllün “Kişisiz ev” romanından parça;

* “Teatr” rubrikasında – Mixail Çexovun “Peşəkar aktyorluq dərsləri” və s. yer alıb.