İkicildlik “Dünya dramaturgiyası antologiyası” nəşr olundu
16 Noyabr 2017

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – ikicildlik “Dünya dramaturgiyası antologiyası” işıq üzü görüb. İkicildlikdə müxtəlif dövr və cərəyanları təmsil edən dünya şöhrətli dramaturqların seçmə pyesləri yer alıb.

“Skapenin kələkləri” adlanan I cildi dilimizə Xalq yazıçısı Elçin, “Lanqustun gülüşü” adlanan II cildi yazıçı-tərcüməçilər – Yaşar və Saday Budaqlı çevirib.