“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayı çapdan çıxıb
31 Oktyabr 2018

Jurnalın bu sayında:

* “Nobel kürsüsü” rubrikasında – Yorqos Seferisin şeirləri;

* “Yubiley” rubrikasında – A.Məsudun şairə həsr edilmiş essesi və Vaqif Bayatlı Odərin şeirləri;

* “Bəşəri dəyərlər” rubrikasında – Lao Tszının “Dao de Dzin” əsəri;

* “Servantes mükafatı laureatları” rubrikasında – Karlos Fuentesin “Aura” hekayəsi;

* “İman işığı” rubrikasında – akademik Nizami Cəfərovun “Әhdi-Әtiqdən Әhdi-Cədidə” mə­qaləsi;

* “İlahi keçid” rubrikasında – “Tövrat”dan tərcümə edilmiş birinci hissə;

* “Hekayələr” rubrikasında – Simon Vestdeykin hekayələri;

* “Çağdaş dünya poeziyası” rubrikasında – Adonis (Әli Әhməd Səid İbsir), Vilya-Tuliya Huotarinen və Katarina Vuopunenin şeirləri;

* “Buker mükafatı laureatları” rubrikasında – Olqa Tokarçukun hekayələri;

* “Korifeylər” rubrikasında – Haynrix Böllün “Kişisiz ev” romanının davamı;

* “Memuar” rubrikasında – Ernest Heminqueyin “Həmişə səninlə olan bayram”,

* “Roman” rubrikasında – Covanino Quareskinin “Don Kamillonun kiçik dünyası” əsərləri yer alıb.