Zakir Fəxri “Şeirlər” (“Poems”)

Şairin 70 illik yubileyi və Azərbaycan Tərcümə Mərkəzinin, milli ədəbiyyatın dünyada tanıdılması layihəsi çərçivəsində nəşr edilmiş kitaba, müəllifin ingilis və Azərbaycan dilində “Qarabağsız”, “Bir ömrün tarixi”, “Qalmaz belə, qalmaz dünya”, “Yaza və yoza bilmədiyim yuxu”,  “Rekviyem”, “Qaranlıqdan aydınlığa”, “Qara Məlik, Qara Qəzənfər və mən” kimi məşhur şeirləri daxil edilib.

Kitab – Xalq şairi Bəxtiyar Vahabzadənin Zakir Fəxri yaradıcılığı haqqında yazdığı “Poetik düşüncənin təzəliyi” və Afaq Məsudun “Cənab Söz” essesi ilə başlayır.