Şolom Aleyxem "Seçilmiş əsərləri"
Oxu

Dünya ədəbiyyatında Şolom Aleyxem imzası ilə tanınan Solomon Rabinoviç özünəməxsus istedadı ilə seçilən yazıçılardandır. İnsan xislətinə xas olan ən incə mətləbləri müxtəlif xarakterli personajların dili ilə böyük ustalıqla açan yazıçı, əsərlərində yaşadığı dövrün  eybəcərliklərinə gülür, cəhaləti və savadsızlığı doğuran səbələri satira hədəfinə çevirir. Kitaba “Südçü Teyve” povesti, “Gimnaziya”, “Mərhəmət göstərmə!”, “Alman”, “Mister Qrin iş tapır”, “Üç dul qadın” və s. hekayələri daxil edilib.