"Buz qəsr" romanı

Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – tanınmış Norveç yazıçısı Tarey Vesosun “Buz qəsr” kitabına yazıçının müxtəlif illərdə qələmə aldığı “Buz qəsr” (1963), “Quşlar” (1957) romanları, “Nils Fet”, “Nağıl”, “Qışın son günləri” hekayələri daxil edilib.

Əsasən məktəb həyatından bəhs edən hekayə və romanlar toplanmış kitab geniş oxucu kütləsi, habelə ali və orta məktəb tələbələrinin mütailəsi üçün nəzərdə tutulub.

Kitaba daxil edilmiş əsərləri dilimizə yazıçı Yaşar tərcümə edib.