Oljas Süleymenov "Az-Ya"

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Tərcümə Mərkəzinin kitabları” seriyasının nəşri – görkəmli qazax şairi, alimi və ictimai xadimi Oljas Süleymenovun “Az-Ya” kitabında türk xalqlarının tarixinə yeni yanaşma, fərqli, orijinal münasibət sərgilənir. Bu əsər uzun illər sovet ideoloji cəbhəsinin hücumlarına məruz qalsa da, müstəqillik illərində dünyanın bir çox dillərinə tərcümə olunaraq, kütləvi tirajlarla nəşr edilib.

Kitab Azərbaycan dilinə görkəmli tərcüməçi, uzun illər Tərcümə Mərkəzində çalışmış mərhum Natiq Səfərov tərəfindən çevrilib.