"Tərcümə Kitab Evi"
18 Dekabr 2018

 

Tərcümə Kitab Evi” oxucu zövqünün formalaşması, dünyagö­rü­şü­nün zəngin­ləşmə­si, dünyanın aparıcı elmi, bədii əsərləri ilə yaxından tanışlıq, habelə lüğət və sözlüklərin rahat əldə edilməsi məqsədi ilə aşağıdakı nəşrləri nəzərinizə təqdim edir. “Tərcümə Kitab Evi” onlayn kitab mağazasının (https://www.instag­ram.­­com/tercume_kitab_evi/) elektron ünvanına daxil ola və seçdiyiniz kitabı (yaxud kitabları) sifariş edə bilərsiniz.

Çatdırılma pulsuzdur.

Əlaqə telefonları:

Tel: (+ 99412) 595-10-69/42

Mob: (051) 876-45-90

        (050) 850-09-54  

 

Azərbaycanca – ingiliscə – rusca terminoloji lüğət

Kitaba neft, kimya, neft və qaz emalı, kimyəvi analiz, kimya texnologiyası, ekologiya, nanokimya, nanomate­rial­lar, fullerenlər kimyası, kompüter kimyası sahəsinə dair 20.000-dən çox terminin Azərbaycan, rus və ingilis dilində tərcüməsi daxil edilib.

Azərbaycanda bu formatda ilk dəfə işıq üzü görmüş lüğət müvafiq sahələr üzrə elm, təhsil, tədris və tərcümə mütəxəssisləri, eləcə də bu ixtisaslarla maraqlanan oxucu kütləsi üçün nəzərdə tutulub.

“Ümumi dilçilik kursu” əsəri

Azərbaycanda ilk dəfə nəşr olunan kitab isveçrəli dilçi-alim, semiolo­gi­ya və struktur dilçiliyin banisi, XX əsr dilçilik elminin “atası” hesab edilən Ferdi­nand de Sössürün mühazirələri əsasında hazırlanıb. Kitab Sössürün ölümündən 3 il sonra məşhur isveçrəli dilçi-alimlər – Şarl Balli və Alber Seşe tərəfindən tərtib edilərək bir çox ölkələrdə nəşr olunub.

Şolom Aleyxem "Seçilmiş əsərləri"

Bu, “Şolom Aleyxem” təxəllüsü ilə tanınan  məhşur yəhudi əsilli yazıçının Azərbay­can­da işıq üzü görmüş ilk kitabıdır. Kitaba müəllifin “Südçü Tevye” povesti, eləcə də “Gimnaziya”, “Əcdadların məzarı”, “Üç şəhər əhvalatı”, “Mərhə­mət gös­tər­mə!”, “Üç dul qadın”, “Kodnyanın ən xoşbəxti” kimi iyirmidən çox hekayəsi da­xil edilib.

Əlimərdan bəy Topçubaşov “...Xalqımızın müstəqil yaşayacağına inanırdıq”

Kitaba görkəmli siyasi xadimin məqalələri, nitqləri, səfər qeydləri, diplomatik yazışmaları, tarixi araşdırmaları, bədii-publisistik nümunələri toplanıb.

“Əsrarəngiz Misir nağılları”

Kitab kiçik yaşlı oxucuları sehrli Misir aləminə dəvət edir, ölkənin qədim mədəniyyəti, adət-ənənələri, tarixi və insanları haqqında maraqlı, zəngin təsəvvür yaradır.

 

“Skapenin kələkləri” – Dünya dramaturgiyası antologiyası (2 cilddə)

Kitablara – müxtəlif dövr və cərəyanları təmsil edən Pirandello, Sartr, İonesko, Bekket, Abe, de Filippo, Friş, və s. kimi dünya şöhrətli drama­turqla­rın məşhur pyes­ləri (“Axmaq”, “Yalnız həqiqət”, “Keçəl müğənni qız”, “Düyün”, “İstehkam”, “Neapol – milyonçular şəhə­ri”, “Don Juan, yaxud həndəsəyə vurğun­luq”) və s. daxil edilib.

Stiven Kinq “Seçilmiş əsərləri”

Kitaba yazıçının müxtəlif dövrlərdə qələmə aldığı “Ölü zona”, “Meymun”, “Qarğıdalı uşaqları” kimi ən məhşur əsərləri daxil edilib.

"Azərbaycan ədəbiyyatı antologiyası" (2 cilddə)

İkicildlik “Azərbaycan ədəbiyyatı antologiyası” – ilk ədəbi nümunələri ilə Azərbaycan ədəbiyyatı tarixinin əsasını qoymuş Xaqani, Nizami Gəncəvi, Füzuli, İ.Qutqaşınlı, M.F.Axundzadə kimi klassiklərdən üzü bəri yazıb-yaratmış tanınmış ədiblərin şeir və hekayələri, həyat və yaradıcılığı haqqında məlumatlar yer alan bu irihəcmli akademik nəşr elm, ədəbiyyat, incəsənət, təhsil və tədris sahəsi ilə yanaşı, geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Səməd Ağaoğlu "Atamın dostları"

Azərbaycan əsilli çağdaş türk yazıçısı, tanınmış dövlət xadimi Səməd Ağaoğlunun “Atamın dostları” kitabı XX əsrin ilk onilliklərində Azərbaycan və Türkiyə fikir müstəvisinə xüsusi təsir göstərmiş Əhməd Ağaoğlu (1869–1939) və onunla birgə yeni Türkiyə Cümhuriyyəti uğrunda mübarizəyə qalxmış görkəmli şəxsiyyətlərin portret cizgilərini əks etdirir. Bu avtobioqrafik əsər tarixçilər, politoloqlar, Türkiyə-Azərbaycan münasibətlərinin keçmişini və bu gününü araşdıran mütəxəssislər, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Uilyam Somerset Moem “Teatr (Seçilmiş əsərləri)”

Dünya şöhrətli ingilis yazıçısı və dramaturqu Uilyam Somerset Moemin kitabına müəllifin məşhur “Teatr” romanı, “Sadiq arvad” və “Ledi Frederik” pyeslə­ri, həmçinin, “Meyhyu”, “Tüksüz Meksikalı” və digər hekayələri daxil edilib.