“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayı çapdan çıxıb
27 Mart 2019

 

Jurnalın bu sayında:

 

* “Nobel kürsüsü” rubrikasında – Uilyam Batler Yeytsin şeirləri;

* “Azərbaycan ədəbiyyatı” rubrikasında – “İsa İsmayılzadə, yaxud “sözün rəsmi”” yazısı və İsa İsmayılzadənin şeirləri;

* “Bəşəri dəyərlər” rubrikasında – Lao Tszının “Dao de Dzin” əsəri;

* “Buker mükafatı laureatları” rubrikasında – Lidia Devisin “Gələcəkdə yazıçılar redaktəyə ciddi yanaşmayacaqlar” başlıqlı müsahibəsi və hekayələri;

* “İlahi keçid” rubrikasında – “Tövrat”dan tərcümə edilmiş üçüncü hissə;

* “Hekayə” rubrikasında – Konn İqquldenin “Qara su” hekayəsi;

* “Esse” rubrikasında – Orxan Pamukun “Orxan bəy, bunları həqiqətən yaşamısınız?” essesi;

* “Memuar” rubrikasında – Marqaret Selincerin “Xəyallarda uçurumdan qoruyan: atam C.D.Selincer” yazısı;

* “Avropa poeziyası” rubrikasında – Paul Selanın şeirləri;

* “Yaddaş” rubrikasında – Kazım Yaşar Kopramın “Misir məmlükləri” tarixi araşdırması;

* “Roman” rubrikasında – Alber Kamyunun “Xoşbəxt ölüm” romanının ikinci hissəsi;

* “Teatr” rubrikasında – Treysi Lettsin “Avqust. Osaj qraflığı” pyesi;

* “Dünya uşaq ədəbiyyatı kitabxanası” rubrikasında – Vsevolod Qarşinin “Səyyah qurbağa” nağılı yer alıb.