Tərcümə Mərkəzi 2019-cu ilin Seçim Turları üzrə imtahan keçirir
25 Aprel 2019

 

Azərbaycan Dövlət Tərcümə Mərkəzində dil və tərcümə sahəsinin təkmilləş­dirilməsi, ölkədə fəaliyyət göstərən peşəkar mütəxəssislərin müəyyən edilməsi məqsədi ilə ictimai-siyasi, elmi-texniki, təhsil, turizm, maliyyə, iqtisadiyyat, ilahiyyat, tibb, hüquq, sosial, bədii, mədəniyyət sahəsi və dillər (ingilis, türk, ərəb, alman, rus, fransız, italyan, çin və ivrit) üzrə imtahanlar keçirib.

2019-cu ilin I Seçim Turundan keçən şəxslərin imtahanları uğurla başa vuran mütəxəssislərinə Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən sertifikat təqdim ediləcək.