Tariximizin xanlıqlar dövrünü araşdıran kitab Moskvada nəşr olunub
09 Sentyabr 2019

Görkəmli Azərbaycan alimi, akademik Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabı (Azərbaycan Dövlət Tərcümə Mərkəzi) Moskvada nəşr olunub.

Kitab Azərbaycan tarixinin ən ağrılı və həssas mərhələlərindən olan qədim xanlıqlar dövrünün indiyədək tarixşünaslığa gizli qalan həqiqətlərini üzə çıxarmaqla, ciddi elmi mübahisələrə səbəb olan bir sıra qaranlıq məqamlara aydınlıq gətirir, hadisələr, tarixi simalar tutarlı elmi faktlar və arxiv sənədləri vasitəsilə işıqlandırılır.

Əsərin rus dilinə tərcüməçisi – Püstə Axundova, mətnlərə dair şərh və qeydlərin müəllifi – siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Əmirov, arxiv sənədlərinin fars dilindən tərcüməçisi – AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktor müavini Şahin Yəhyayev, redaktoru – Nadiyə Qafarova və Fərrux Rzayevdir.

Kitab tarixçilər və mənbəşünaslar, eləcə də Azərbaycanın qədim tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün qiymətli elmi mənbədir.