“Gecəniz şeirə...” kitabı təqdim olundu
30 Sentyabr 2019

 

Sentyabrın 27–30-da keçirilən VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində gənc, istedadlı şair Şəhriyar Del Geraninin “Gecəniz şeirə...” kitabının (Azərbaycan Dövlət Tərcümə Mərkəzi) təqdimatı və imza günü keçirilib.

Tədbiri giriş sözü ilə Mərkəzin Elm, təhsil və mədəniyyət idarəsinin rəisi, yazıçı-tərcüməçi Etimad Başkeçid açaraq, şairin yaradıcılığından danışıb. Daha sonra digər qələm adamları – yazıçı-publisist Həmid Herisçi, ilahiyyatşünas Hacı Şahin Həsənli, ədəbiyyatşünas-tənqidçi Azər Turan, ədəbiyyatşünas-tərcüməçi Cavanşir Yusifli, yazıçı Şərif Ağayar və digərləri çıxış edərək şairin yaradıcılığının özünəməxsusluğundan söz açıblar.